Aeroporta tərəf bərk gedən sürücünün halına baxın - FOTO

Bakıda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Elvin Nəsirov idarə etdiyi "Mercedes" markalı, 90 MU 243 dövlət nömrə nişanlı avtomobillə yüksək sürətlə şəhərdən üzü hava limanı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə o, maşını prospektdəki elektrik dirəyinə çırpıb. Qəza nəticəsində sürücü Elvin Nəsirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralıya hadisə yerində ilkin yardım göstərildikdən sonra o, 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb.
Hadisə yerinə Baş Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Qəza yerinin müayinəsi zamanı məlum olub ki, hadisəyə səbəb yüksək sürət olub.
Qəza ilə bağlı prospektdə sıxlıq yarandığından yararsız hala düşən avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
















