Ağaca çırpılan avtomobil bu hala düşdü: 1 ölü

Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var. Avtosfer.az Kəpəz TV-yə istinadan məlumat verir ki, bu gün axşam saat 19:00 radələrində Şəmkirdə 1 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şəmkir - Kür qəsəbəsi yolunda qeydə alınıb. Rayon sakini Sarif Bayramov sürücüsü olduğu "Audi" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılaraq aşıb. Nəticədə "Audi"nin sərnişini İxtiyar Bağırov hadisə yerindəcə dünyasını dəyişib, ağır bədən xəsarətləri alan Sarif Bayramov Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Avtomobilin digər bir sərnişini Xəyal Babayevin vəziyyəti normal olduğundan ona ambulator yardım göstərilib. Faktla bağlı Şəmkir rayon Dövlət Yol Polisi Bölməsində araşdırma aparılır. Qəzanın dəqiq səbələri isə aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














