Ağsuda ağır qəza - ölən və yaralananlar var – FOTO

Ağsu rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 158-ci kilometrliyində, Ağsunun Pirhəsənli kəndi ərazisində qeydə alınıb. Ağsu sakini, 1974-cü il təvəllüdlü Musayev Elşad Əmircan oğlunun idarə etdiyi 90-XX-279 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Ağsunun Pirhəsənli kənd sakini, 1979-cu il təvəllüdlü Qurbanov Əfrail Məhəbbət oğlunun idarə etdiyi H024546 nömrə nişanlı “Volkswagen Polo” markalı minik maşını ilə toqquşub.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər, 1999-cu il təvəllüdlü Valehli Valeh Teymur oğlu, 1973-cü il təvəllüdlü Məmmədova Sevda Zülfü qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Digər sərnişin, 1996-cı il təvəllüdlü Valehli Sərfinaz Teymur qızı aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












