“Airstream” və “Porsche” nin ortaq istehsalı olan karavan - FOTO

“Airstream” adını indiyə qədər eşitməmiş ola bilərsiniz. Sözünü etdiyimiz marka Ram, REI və Supreme daxil fərqli proyektlərdə bir neçə şirkətlə ortaqlıq edib.
Avtosfer.az xəbər verir ki, marka indi “Porsche AG”yə aid bir üst səviyyə moda və aksessuar markası olan Studio F.A. Porsche ilə ortaqlıq edərək qarşımıza çıxır.
Luks və texnologiyanın birləşməsi olan bu gözəl model inkişaf etmiş aerodinamikası ilə bütün diqqətləri üzərinə çəkir. İdeyanın yaranma müddəti həm “Airstream”, həm də Studio F.A. “Porsche”nin Zell am See, Avstriya və Los Angeles-dəki hər iki dizayn ofisindəki komandaların nizamlı işləməsi ilə gerçəkləşib.
“Airstream”ın mövcud modelləriylə müqayisədə daha çox diqqət çəkən dizayn dəyişikliyinə, konteyner hərəkət halındaykən hava axışını nizamlamaq adına tamamilə dəyişimə uğrayan arxa tərəfini deyə bilərik.
Üstəlik bununla da kifayətlənməyən modelin sahib olduğu aerodinamik şəklə, şirkət tarixindəki ilk izolyasiya edilmiş lyuk kimi texniki təkminləşdirmələr də daxildir. Əlavə olaraq “Airstream”ın karavanının standart yaşayış qarajında park etməyi asanlaşdıran ilk endirici asma texnologiyasından bəhs etməsək olmaz. Belə ki, model yüksək komfortlu elastik quruluşu ilə böyük rahatlıq təmin edir.
Nərmin Əkbər
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?

























