Aİ ABŞ-yə avtomobillərə görə rüsumların qarşılıqlı şəkildə azaldılmasını təklif edir

Avropa İttifaqı (Aİ) ticarət danışıqları çərçivəsində ABŞ-yə avtomobillərə görə rüsumların qarşılıqlı şəkildə azaldılmasını təklif edir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Aİ-dən olan danışıqçıların yeni təklifinə əsasən, blok ABŞ-dən avtomobil ixracına tətbiq olunan 10 %-lik rüsumu ləğv etməsi Tramp administrasiyasının bu sektor üzrə öz rüsumlarını 20 %-dən aşağı səviyyəyə endirəcəyi halda mümkündür", - nəşr qeyd edib.
Mənbələrin məlumatına görə, Vaşinqton rüsumların 17,5 %-ə qədər azaldılması imkanını nəzərdən keçirir, bu halda Aİ də öz rüsumlarından tamamilə imtina etməlidir.
Mənbələr əlavə edirlər ki, ABŞ və blok həmçinin Birləşmiş Ştatlarda avtomobil istehsal edən Avropa şirkətləri üçün ixrac kreditlərini müzakirə edir.
Qeyd edək ki, mart ayının sonunda Tramp bəyan edib ki, ABŞ ölkə xaricində yığılan bütün avtomobillərə 25 % rüsum tətbiq edir. Bundan başqa, o, iyul ayında Birləşmiş Ştatların avqustun 1-dən Avropa İttifaqından daxil olan mallara 30 % rüsum tətbiq edəcəyini bildirib.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










