Aİ daxili yanma mühərriklərinə qoyulan qadağanı təxirə sala bilər - KİV

Avropa Komissiyası (AK) Avropa İttifaqında daxili yanma mühərriki (DYM) olan yeni avtomobillərin qeydiyyatdan keçirilməsinə qoyulan qadağanın beş il müddətinə təxirə salınması imkanını nəzərdən keçirir. Avtosfer.az xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, belə bir qərar İtaliya və Polşa kimi ölkələrin, həmçinin bir sıra böyük avtomobil konsernlərinin AK-yə göstərdiyi təzyiq nəticəsində qəbul oluna bilər. Onların fikrincə, bu qadağanın 2035-ci ilədək tam həyata keçirilməsi “çox radikal” görünür və Aİ-nin avtomobil sənayesini məhv edə bilər. Gözlənilir ki, AK daxili yanma mühərriklərinin hibrid avtomobillərdə 2040-cı ilə qədər istifadəsinə icazə verəcək, şərt isə bu avtomobillərin “təkmilləşdirilmiş” yanacaqla işləməsi və “yaşıl” poladdan istehsal olunmasıdır.
Xəbərdə qeyd olunur ki, Avropa Komissiyası hələlik hibrid avtomobillərin Aİ bazarında hansı paya malik olacağını müəyyən etməyib və yanacaqla bağlı texniki tələblər də tam dəqiqləşdirilməyib.
DYM-li avtomobillərdən imtina qaydası 2023-cü ildə Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənib. Qərara əsasən, 2035-ci ildən etibarən Aİ ölkələri belə mühərriklərə malik yeni avtomobilləri artıq qeydiyyata almayacaqlar. Bu addım Aİ-nin iqlim siyasətinin bir hissəsi olaraq qəbul edilib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










