Aİ və Almaniya daxili yanma mühərrikli avtomobillərin gələcəyi ilə bağlı razılığa gəldi

Almaniya və Avropa Birliyi daxili yanma mühərrikli avtomobillərin gələcəyi ilə bağlı mübahisəyə dair razılığa gəldiklərini elan ediblər.
Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans tvitter hesabında yazıb.
Onun sözlərinə görə, Almaniya ilə elektrik yanacaqlarının gələcəkdə avtomobillərdə istifadəsi haqqında razılıq əldə olunub.
Almaniyanın nəqliyyat naziri Volker Vissinq öz növbəsində bildirib ki, 2035-ci ildən sonra da yalnız iqlimə uyğun olmayan yanacaq istifadə edən daxili yanma mühərrikli avtomobillərin yeni qeydiyyatı üçün yol açılıb:
“Tərəflər konkret prosessual addımlar barədə razılığa gəliblər və konkret vaxt cədvəli məcburi xarakter alıb. “Biz prosesin 2024-cü ilin payızına qədər başa çatdırılmasını istəyirik. İndi avtomobillər üçün CO2 standartları ilə bağlı tənzimləməni mümkün qədər tez qəbul etməyə çalışacağıq”.
Avropa İttifaqına üzv dövlətlərin avtomobillər üçün yeni karbon emissiyası standartları ilə bağlı ilkin təklifi Almaniyanın etirazına görə rədd edilib. Aİ 2035-ci ildən etibarən bütün yeni yanacaq mühərrikli avtomobillərin satışını qadağan etmək istəyirdi. (report)
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?












