Alman ekspert: “İkinci Qarabağ müharibəsi tarixdə dronla qazanılmış ilk savaşdır”

“Azərbaycan İkinci Qarabağ müharibəsi ilə hərb tarixində ilkə imza atdı. Ənənəvi artilleriya hücumu ilə yanaşı, ilk dəfə İsrail və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları – dronlardan istifadə etdi”.
Report xəbər verir ki, bunu Almaniyanın nüfuzlu mütəxəssisi, hərbi ekspert Ulrike Franke deyib.
O, bildirib ki, Ermənistanla Azərbaycan arasında baş verən İkinci Qarabağ müharibəsi tarixdə dronla qazanılmış ilk müharibədir: “Ermənistan döyüşdə ənənəvi artilleriyadan istifadə etdi. Azərbaycan isə, bir ilkə imza atdı. Təbii ki, Ermənistan bunu heç gözləmirdi. Təsəvvür edin, artilleriya qurğularını bir yerə toplayırsınız, hücum etməyə hazırlaşarkən qəfil başınızın üstündə bir dron peyda olur. Bir atışla bütün texnika və şəxsi heyət məhv olur”.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun şəxsi heyətinin Şuşa şəhərini işğaldan azad etmə əməliyyatı da indiyə kimi bir çox hərbi ekspertləri təəcübləndirir.
“Bildiyiniz kimi, Şuşa olduqca strateji yerdə yerləşir, ərazi dağlıqdır. Şuşa əməliyyatı zamanı dumanlı hava dronların uçuşuna mane olmuşdu. Azərbaycan Ordusu xüsusi təyinatlılarının hesabına Şuşanı küçə döyüşü ilə geri aldı”, - deyə hərbi ekspert vurğulayıb.
Ekspert bildirib ki, Almaniya “Avrodron”un hazırlanması ilə bağlı ilkin müzakirələri mart ayında Fransa, İtaliya və İspaniya müdafiə sənayesi nazirlərinin iştirakı ilə təşkil edəcək.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır











