Almaniyada “Tesla” avtomobillərinin satışları xeyli azalıb

Amerikalı milyarder İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) açıq dəstək verməsindən sonra bu ölkədə “Tesla” avtomobillərinin satışlarında ciddi azalma baş verib.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, bu barədə Almaniya Mühərrikli Nəqliyyat İdarəsinin (Kraftfahrt-Bundesamt - KBA) yaydığı məlumatda qeyd olunub.
Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada yanvar ayında cəmi 1277 “Tesla” avtomobili satılıb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 60 faiz azdır. Eyni vəziyyət Avropa İttifaqında və Böyük Britaniyada da müşahidə edilib. Yanvarda “Tesla”nın satışları Fransada 63 faiz, Birləşmiş Krallıqda 12 faiz azalıb.
Qeyd edək ki, İlon Maskın fevralın 23-də Almaniyada keçiriləcək federal parlament seçkiləri ərəfəsində ifrat sağçı AfD-yə dəstək çağırışı etməsi təkcə bu ölkədə deyil, Avropa İttifaqında da böyük narazılığa səbəb olmuşdu.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












