«Apple» elektromobil istehsal edəcək

«Apple» şirkətinin elektrik avtomobilləri 2019-cu ildə bazara çıxa bilər. Avtosfer.az xəbər verir ki, bu barədə «The Wall Street Journal» yazır ki, avtomobil istehsala hazırdır. Ötən həftələrdə bu layihə üçün şirkət 600 nəfər işə götürüb. Avtomobil tamamilə kompüter və mobil texnologiyalarla təchiz ediləcək.
Avtomobilin yanacaq sərfi baxımından sərfəli və təbiət dostu olacağı gözlənilir. Yeni nəsil avtomobillərdə olan «ECU» adlanan «beyin»i iOS əməliyyat sistemi idarə edəcək. «iPhone» və «iPad» cihazlarla avtomobildə müəyyən funksiyaları yerinə yetirmək olacaq.
Avtomobilin dizaynı ilə bağlı hələ ki elə bir məlumat yoxdur. İnternetdəki fotolar da sadəcə təxminlərə əsaslanır. Avtomobilin dizaynını keçmiş «Ford» dizaynerlərindən Mark Newson öhdəsinə götürüb.
Şirkətin avtomobili 2017-ci ildə böyük bir avtomobil sərgisində təqdim edəcəyi gözlənilir.
Avtomobil 2019-cu ildə satışa çıxarılacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












