Apteçkası olmayan sürücülər cərimə olunacaq - VİDEO

Yol qəzaları zamanı xəsarət alan şəxslərin köməyinə hər zaman təcili tibbi yardım briqadaları çatır və onların köməyilə yaralı şəxslər yaxınlıqdakı tibb ocaqlarına çatdırılır. Amma bu ana kimi, yaralı şəxsin köməyinə hər bir insan gələ bilər. Tibbi personalın ilkin yardımına kimi, maşınlarda olan tibbi çantalardan istifadə etmək mümkündür.
Apardığımız müşahidələr və şahidi olduğumuz qəzalar zamanı çox vaxt bu çantalardan istifadə edilmədiyinin şahidi oluruq.
Bəs problem nədədir? Niyə kimisə, xilas etmək imkanınımız ola-ola niyə ondan istifadə etmirik. Çünki, çoxu bu çantaları avtomobilinə qoymağa belə ərinir.
Məsələn, şəhərdə apardığımız müşahidə zamanı tək-tük sürücü maşınında tibbi çantanın olmasını etiraf etdi. Hətta sübut üçün həmin qutuları bizə göstərdi də. Elə sürücülər də rast gəldik ki, heç həmin qutunun nəyə lazım olduğunu da bilmirdi.
Həkimlər isə bildiri ki, bəzən tibbi çantanın varlığı belə hər şey demək deyil. Məsələ burasındadır ki, bəzi sürücülər tibbi çantam var deyib ondan illər uzunu istifadə belə etmir. Lakin bəzən tibbi çantaların içərisində vaxtı keçmiş dərman preparatları olur. Ona görə də hər ayın sonu həmin prepartlar istifadə müddətinin bitib-bitməməsinə, yararlığına nəzər salınması məsləhətdir. Qaldı ki, tibb çantalarının içərisində hansı tibbi ləvazimatlar olması və ilkin tibbi yardım necə göstərilməsi məsələsinə.
“Tibbi çantalar bir küncə atılıb qalmamalıdır. Buna daim nəzarət olunmalıdır. Əgər sürücüdə hər hansı bir xəstəlik varsa və mütəmadi olaraq hansısa dərman periparatına ehtiyacı varsa, tibbi çantada onların olması məsləhət görülür”, – deyə həkim Adil Qeybulla bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirir ki, nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutuları ilə bağlı İnzibati Xətalar Məcəlləsində də xüsusi maddə var. Həmin maddədə bu qayda pozunsuna görə, 3 manatdan 5 manatadək cərimə də nəzərdə tutular. Elə həmin qutularının satış qiyməti də təxminən həmin məbləğə yaxındır.
“İdarə edilən nəqliyyat vasitələrində komplekləşdirilmiş dərman qutuları olmalıdır. Əgər komplekləşdirilmiş dərman qutuları idarə edilən nəqliyyat vasitəsində yoxdursa, sürücü inzibati qaydada məsuliyyətə cəlb edilir”, – deyə Vaqif Əsədov qeyd edib.
Hər halda, qanundan da, cərimədən də əsas insanın sağlamlığıdır. Çünki heç kim, qəzadan sığortalanmayıb. Odur ki, ehtiyyatınızı əldən verməyin.
ANS TV
BMW Çin elektrik avtomobilləri alıcılarına xəbərdarlıq etdi - "Kompromislər qaçılmazdır
Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Avtomobil daşıyan gəmi Hörmüz boğazında ilişib qalıb
Avtomobil istehsalçısı işlənmiş detal satır
Sürücülərə təkər bazarı ilə bağlı XƏBƏRDARLIQ: Alarkən mütləq DİQQƏT edin - VİDEO
Azərbaycanın sürücülük vəsiqəsi hansı ölkələrdə tanınır? - SİYAHI
Almaniya avtobanlarında sürət limitinin tətbiqi təklif olunur
Sürücülərə vacib xəbər - Avtomobilə aid yeni dövlət standartları qəbul edildi
Rusiyada BMW satışı 91 faiz artıb – SANKSİYALAR NECƏ OLDU?
Avtomobil sənayesində kiberhücumlar artıb - FOTO










