"Asancərimə" fırıldağı; sürücülərı 40 faiz endirim adı ilə aldadırlar, pullar xaricə gedir - FOTO

Sosial şəbəkələrdə yeni fırıldaqçılıq üsulu peyda olub. Avtosfer.az xəbər verir ki, bu barədə oxuculardan şikayətlər edilib. Belə ki, “Asancerime” adlı sistem yaradaraq guya vətəndaşlara cərimləri endirimlə ödəməyi təklif edirlər. Hətta bunun bir kampaniya olduğunu bildirərərək ödənişləri bu sistemdən edən zaman 40% endirim olunacağı qeyd olunur.
Lakin sistemə daxil olub məlumatları yazdıqdan və ödəniş etdikdən sonra cərimə silinmir. Çünki pul dövlət büdcəsinə deyil fırıldaqçıların hesabına gedir.
Asan Xidmətin adından istifadə etməklə vətəndaşları inandırmağa çalışan fırıldaqçıların xaricdə olduğu ehtimal olunur və pullar da xaricdəki hesablara gedir.
Maraqlıdır ki, yaradılan səhifədə bugünə qədər yalnız bir psot paylaşılıb və bunun sadəcə bir tələ olduğu aydın görünür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Avtosfer.az-a bildirib ki, qeyd olunan sistemin “ASAN xidmət”lə heç bir əlaqəsi yoxdur. Vətəndaşlara diqqətli olmağı və onları yalnız “ASAN xidmət”in rəsmi səhifələrinə etibar etməyə çağırırıq.
Qeyd edək ki, cərimə ödənişləri Asanpay, Hökumət ödəniş portalı və s tərəfindən həyata keçirilir. Endirimə gəldikdə isə sürücü 10 gün ərzində cəriməni ödəyərsə 10% faiz güzəşt tətbiq olunur.
Fərid
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












