Atasının maşınını qaçıran gənc qəza törətdi – 2 ölü var

Ələt-Astara yolunda baş vermiş avtomobil qəzasında iki gənc həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb. Avtosfer..az-ın virtualaz.org-aa istinadən məlumatına görə, hadisə dünən saat 00:30 radələrində Ələt-Astara avtomobil yolunun 38-ci km-də, Salyan rayonunun Xalac kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 39 yaşlı Rəhman Çoban oğlu İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla Salyan rayonu Şəkərli kənd sakini, 19 yaşlı Mirteyyub Elxan oğlu Əhmədovun idarə etdiyi "Mercedes" markalı maşın toqquşub. Nəticədə Mirteyyub Əhmədov və sərnişini - 19 yaşlı Təbriz Vüqar oğlu Heydərov yerindəcə həlak olublar.
Digər avtomaşının sürücüsü Rəhman İsmayılov və sərnişinləri - Bakı şəhər sakini Firuz Bilal oğlu Qələmzadə və Şəki sakini Sadıqov Zaur Muxtar oğlu aldıqları xəsarətlər nəticəsində Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır. Şəkərli kənd sakinlərinin virtualaz.org-a verdikləri məlumata görə, 19 yaşlı Mirteyyub Əhmədov atasının xəbəri olmadan onun avtomaşınını qaçırıb. Həmyaşıdı 19 yaşlı Təbrizi də özü ilə götürüb. Digər "Mercedes"də olan üç nəfər isə keçmiş tələbə yoldaşı olublar. Dostlar BDU-da onlarla birgə oxumuş Xələc kənd sakini olan dostlarıgildən qayıdırmış.
Faktla bağlı yol polisi idarəsi tərəfindən araşdırma aparılır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










