“Audi” daha az aqressiv dizaynlı avtomobillər hazırlayır

“Audi” gələcəkdə daha az aqressiv dizaynı ilə qaşımıza çıxacaq. Şirkət elektromobil nəqliyyat vasitələri ilə yanaşı, görüntüdə də dəyişikliyə imza atır. Alman avtomobil istehsalı olan “Audi”, 2026-cı ilə qədər 20-dən çox model nümayiş etdirməyi planlayır. Önəmli məqam şirkətin dizaynda dəyişiklik edərək, daha yumşaq cizgilərə sahib avtomobillərə yer verməyə çalışmasıdır.
Avtosfer.az xəbər verir ki, “Audi”nin dizayneri Marc Lichte son müsahibəsində bununla bağlı açıqlama verib. O, avtomobilin son modelini nümunə göstərərək daha isti və yumşaq dizayna yer veriləcəyini bildirib. Bundan başqa Lichte öncə salonun, ondan sonra avtomobilin çöl hissəsinin dizayn işlərinə başlanıldığını qeyd edib. Həmçinin o, bu dəyişiklikdə Rusiya-Ukrayna müharibəsinin təsirini də vurğulayıb.
Nərmin Əkbər
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










