Avropa avtomobil bazarı 30 il əvvələ qayıdır - Ukrayna müharibəsi təsir edib

Avropanın avtomobil bazarı 20-ci əsrin sonlarındakı vəziyyətinə qayıdıb. Ötən ilin avqustundan başlayan nisbi canlanma bazardakı geriləməni kompensasiya etmək üçün yetərli olmayıb. Tənəzzülün səbəbləri də məlumdur: xammal qıtlığı, pandemiya, Ukrayna münaqişəsi.
Avtosfer.az xəbər verir ki, 2022-ci ildə Avropada avtomobil satışı 1993-cü il səviyyəsinə enib. Avqustdan etibarən bazarda nisbi canlanma olsa da, illik əsasda 4,6% geriləmə qeydə alınıb. Qitədə ötən il 9,3 milyon ədəd yeni avtomobil satılıb. Bu statistika Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının bu gün yaydığı hesabatda əks olunub.
Assosiasiya bildirir ki, Avropa sənayesinin qara il hesab etdiyi 1993-cü ildə 9,2 milyon ədəd yeni avtomobil satmaq mümkün olmuşdu. 2020-ci ildə zavodların fəaliyyətinin dayandırılması və sərt karantinlə yadda qalmışdısa, növbəti illərdə avtomobil sənayesi xammal qıtlığı, təchizat zəncirinin pozulması və Ukrayna münaqişəsi ilə üzləşdi. Aşağı büdcəli avtomobillərin istehsalındakı problemlər müəssisələrin inkişafını buxovladı.
Satış həcminə gəlincə, əsas avtomobil bazarlarından yalnız Almaniyada sabitlik qeydə alınıb. Ötən il bu ölkədə avtomobil bazarı 1,1% böyüyüb. Digər ölkələrə gəlincə, geriləmə İtaliyada 9,7%, Fransada 7,8%, ispaniyada isə 5,4% olub. Bütün ölkələrdə dekabrda avtomobil satışlarında artım qeydə alınıb.
Markalar üzrə satışa gəlincə, “Volkswagen” qrupu müsbət nəticə göstərərək Avropa bazarının 25%-nə nəzarət edib. Qrup ötən il 2,3 milyon ədəd avtomobil sata bilib. Maraqlıdır ki, lüks avtomobillər aşağı büdcəli sedanlardan daha çox satılıb.
Avropada ikinci olan “Stellantis” qrupunun satışları 14,1% azalaraq 19.7 milyon ədədə düşüb.
“Mercedes” şirkətinin satışları sabit qalıb.
Koreya və yaponiyalı istehsalçıların satış həcmində isə ardıcıl 2 ildir artım müşahidə olunur. Bunun da başlıca səbəbi onların xammal qıtlığı ilə üzləşməməsidir.
Vüqar
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










