Avropa İttifaqı elektriklə işləyən yük avtomobillərinə keçiddə Çindən geri qalır - Media

Avropa İttifaqı elektriklə işləyən yük avtomobillərinə keçid sahəsində Çindən ciddi şəkildə geri qalır. Avtosfer.az xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Avropa İttifaqının 2030-cu ilədək atmosferə atılan zərərli tullantıların 45 faiz azaldılması və 2040-cı ildən etibarən dizellə işləyən yeni yük avtomobillərinin qadağan edilməsi planlarına baxmayaraq, 2025-ci ilin ilk yarısında elektriklə işləyən yük avtomobillərinin bazardakı payı cəmi 3,6 faiz təşkil edib. Çində isə bu göstərici artıq 24 faizi ötüb. Avropa İttifaqının əsas problemi infrastrukturun və investisiyaların yetərli olmamasıdır. Ekspertlərin sözlərinə görə, Brüsselin qarşısına qoyduğu məqsədə çatması üçün 2030-cu ilədək ittifaq daxilində elektriklə işləyən yük avtomobillərinin bazardakı payı 38 faizə çatmalıdır. Bu arada Çin istehsalçıları daxili bazarda elektrik yük avtomobillərinin istehsalını sürətlə artırırlar. Proqnozlara əsasən, 2028-ci ilədək burada satılan yeni yük avtomobillərinin yarısı elektriklə işləyəcək.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












