Avropa İttifaqında avtomobil satışları oktyabrda 5,8 faiz artıb

Oktyabrda Avropa İttifaqında (Aİ) avtomobil satışları illik müqayisədə 5,8 faiz artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatında deyilir. Məlumata görə, Aİ ölkələrində qeydiyyata alınan yeni minik avtomobillərinin sayı 2024-cü ilin oktyabrındakı 866,1 min ədəddən 916,6 min ədədə çatıb. İspaniyada satışlar 15,9 faiz, Almaniyada 7,8 faiz, Fransada 2,9 faiz artıb, İtaliyada isə 0,5 faiz azalıb.
Bütövlükdə Avropada (Aİ ölkələri üstəgəl İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya) satılan yeni avtomobillərin sayı keçən ay 4,9 faiz artaraq 1,09 milyonu ötüb. Eyni zamanda, Avropa İttifaqında elektrik avtomobil satışları 38,6 faiz artaraq 173 min 170 ədəd təşkil edib.
“Volkswagen” Aİ-də satışları 7,9 faiz, “Stellantis” 6,6 faiz, “Renault” 10 faiz, alman lüks avtomobil istehsalçısı “BMW AG” 8,7 faiz, onun əsas rəqibi olan “Mercedes-Benz” 2 faiz artırıb.
Yaponiyanın “Toyota” qrupunun satışlarında isə əksinə, 10,8 faiz, ABŞ-ın “Ford Motor” şirkətinin satışlarında 8,8 faiz azalma olub.
“Tesla” oktyabrda Aİ-də cəmi 5650 avtomobil satıb ki, bu da illik müqayisədə 48 faiz azdır. Çinin “BYD Co.” kompaniyasının satışları təxminən üç dəfə artaraq 13 min 350 avtomobilə çatıb.
Yanvar-oktyabr aylarında Aİ-də avtomobil satışı ümumilikdə 1,4 faiz artaraq 8,974 milyon ədəd təşkil edib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












