Avropa Komissiyası benzin və dizel mühərrikli maşınlarla bağlı qərarın yumşaldılmasını təklif edib

Avropa Komissiyası avtomobil sənayesində yaşanan çətinlikləri nəzərə alaraq, daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin istehsalının mərhələli şəkildə dayandırılması ilə bağlı əvvəlki qərarın yumşaldılmasını təklif edib. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Brüsselin planlarına əsasən, 2035-ci ildən sonra da Avropa İttifaqında (Aİ) daxiliyanma mühərrikli, hibrid və “range-extender” tipli avtomobillərin yeni qeydiyyatına icazə verilə bilər. Bunun üçün avtomobil istehsalçıları artıq yeni avtomobillərin CO₂ emissiyalarını sıfıra endirmək məcburiyyətində qalmayacaqlar. Eyni zamanda, Aİ-də qüvvədə olan flot üzrə emissiya limitləri saxlanılır, lakin daha az sərt formada tətbiq ediləcək. Komissiyanın təklifinə görə, 2035-ci ildə istehsalçıların yeni avtomobilləri üzrə orta CO₂ emissiyası 2021-ci illə müqayisədə azı 90 faiz azaldılmalıdır. Bu hədəfə nail olmaq üçün şirkətlər elektrik avtomobillərinin satışını artırmaqla yanaşı, digər sahələrdə əldə olunan CO₂ qənaətlərini də nəzərə ala biləcəklər. Avropa Komissiyası bioyanacaqların payının artırılmasını mövcud nəqliyyat parkında emissiyaların azaldılması üçün mühüm vasitə kimi qiymətləndirir. Bununla yanaşı, yalnız e-yanacaqla işləyən avtomobillər üçün xüsusi imtiyazların verilməsi nəzərdə tutulmur. Təkliflər indi Avropa Parlamenti və Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə ediləcək və yekun qərar hər iki qurumda səs çoxluğu əldə edildikdən sonra qəbul olunacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












