Avropa Oyunları bitdikdən sonra yollarda bizi sürpriz gözləyir

Azərbaycanda gələn ay keçiriləcək I Avropa Oyunları ilə bağlı Bakıdakı avtomobil yollarında salınan xüsusi zolaqların bir qismi daha sonra ictimai nəqliyyat üçün saxlanılacaq. Avtosfer.az-ın verdiyui xəbərə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. O qeyd edib ki, bu zolaqlar oyunlar zamanı nəqliyyatın rahat hərəkətini təmin etmək üçün salınsa da, bir qismi ictimai nəqliyyat üçün saxlanılacaq. Bu da ictimai nəqliyyatdan istifadənin çox olması ilə əlaqədardır. Onun sözlərinə görə, bu zolaqların bir qismi salanılsa da, onların istiqaməti dəyişilə bilər: "Bəlkə bunu biz yolda sağ oxa dəyişdik".
Nazir müavini həmçnin deyib ki, iyunun 1-dən etibarən oyunlarla əlaqədar Bakıya bölgələrdən gələn maşınlar şəhər girişində saxlanılacaq. O, bunun həm də qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlara aid olduğunu xatırladıb.
Bununla yanaşı, M.Pənahov avtobus marşrutlarının optimallaşdırıldığını da xatırladıb və bildirib ki, burada söhbət bir-birini təkrarlayan marşrutların yığışdırılmasından, azaldılmasından və ya istiqamətlərin dəyişməsindən gedir. Onun sözlərinə görə, marşrutların bir qisminin sxemi dəyişəcək - insanlar ekspress-dayanacaqlara çatdırıacaqlar və oradan da insanlar idman arenalarına ekspress-avtobuslarla ödənişsiz şəkildə arenalara aparılacaq.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










