Avropa Oyunlarında əhali üçün icazə vərəqəsi - Sürücülərin nəzərinə - FOTO

Avropa Oyunları keçirilən ərazilərə giriş və orada avtomobilləri saxlamaq üçün xüsusi icazə vərəqələri avtomobillərin ön şüşəsinə yapışdırılmalıdır.
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, sakinlər üçün buraxılış vərəqələri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yalnız seçilmiş şəxslərə veriləcək. Yəni oyunlar keçirilən ərazilərə yaxın yerlərdə yaşayanlar həmin buraxılış vərəqələrini ala biləcəklər.
Buraxılış vərəqələri məskunlaşma ərazisinə görə kodlaşdırılıb. Ərazi koduna əsasən vətəndaşa verilən buraxılış vərəqi imkan verəcək ki, göstərilən yerdə maşın saxlamaq olar.
Qeyd edək ki, maşınını icazə vərəqəsində qeyd edilən yerdən kənarda saxlayan şəxsin avtombili həmin ərazidən dərhal uzaqlaşdırılacaq. Lakin vətəndaşlar avtomobillərini rahat şəkildə həyətlərində, yeraltı dayanacaqlarında və hərəkətə mane olmayan ərazilərdə saxlaya bilərlər.
Baş Dövlət Yol Polis İdarəsi, Nəqliyyat Nazirliyi, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi vətəndaşlara bir daha müraciət edərək bildirir ki, Avropa Oyunları keçirilən müddətdə mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər. Yaxşı olardı ki, ictimai nəqliyyatdan istifadə olunsun.


“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










