Avropalılar maşın almırlar: səbəb təkcə pulsuzluq deyil

Avropanın avtomobil sənayesində böhran dərinləşir. Bunun yeganə səbəbi Çin texnikasının ekspansiyası deyil. Onsuz da Avropada Çin texnikası bizdəki qədər ucuz deyil. Elə isə səbəb nədir?
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, koronavirus pandemiyasından sonra avropalılar arasında texnikaya maraq azalıb. Pandemiyadan sonra ortaya çıxan böhran da maşının cəlbediciliyini aşağı salıb. Hazırda Avropada avtomobili əsasən şirkətlər alır. Pandemiyaya qədər təzə avtomobillərin yarıdan çoxunu fiziki şəxslər alırdısa, hazırda göstərici 42 faizə enib.
Avtomobildən imtinanın əsas səbəbi böyük şəhərlərdə ictimai nəqliyyatın normal fəaliyyətidir. Bundan əlavə, şəhərlərarası hərəkət üçün yüksək sürətli və regional qatarlar daha əlverişlidir. Qatar insanların turizm ehtiyacını da qarşılayır. Avtomobil çoxları üçün tədricən lüzumsuz vasitəyə çevrilir.
Maraqlıdır ki, avtomobil sahiblərinin qət etdiyi yol da azalır. Artıq bir çox sürücü maşından əsasən həftə sonu gəzintisi üçün istifadə edir. Sığorta, yanacaq və parklamanın baha olması da avropalıları çəkindirir. Fərdi mobillik vasitələrinin əlçatanlığı da Avropa şəhərlərində sürətlə avtomobilləşməyə mane olur.
Yuxarıda qeyd olunan amillər arasında avtomobilləşmə prosesinə ən ciddi mane olan ictimai nəqliyyatın iş keyfiyyətidir.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












