Gürcüstandan gələn maşın axını: sərhəddə kilometrlərlə tıxac - VİDEO

Sərhədin açılması ilə Gürcüstandan Azərbaycana 22 kilometrlik yolda avtomobillər axın etdi. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə maraqla qarşılanan hadisə sərhəd yolunda qeydə alınıb. Videodan da göründüyü kimi TIRların konteynerinə yerləşdirilmiş inamarka maşınlar arxa hissəyə quraşdırılmış dəmir dirəklərlə iki mərtəbədə bərkidilərək ölkə ərazisinə daxil olub.
Kilometrlərlə yolu əhatələyən yük avtomobilləri saatlarla gözləmədə qalıb, həmçinin digər maşınların hərəkətinə maneə yaradıb.
Son illərdə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayında artım müşahidə olunur. Virus səbəbiylə bir müddətlik sərhədlərin bağlanması durğunluq yaratsa da yenidən artan faiz dərəcəsi göz önündədir.
Alıcıların və maşın ticarəti ilə məşğul olanların Gürcüstana üz tutmasına səbəb isə daha münasib qiymətə maşın ala bilmə imkanlarının olmasıdır. Xüsusilə avtomobil alqı-satqısı isə məşğul olanların üz tutduğu bu ölkədə qiymət göstəriciləri ölkə daxilində satılan maşınlardan ucuzdur.
Sərhədi keçərkən qoyulan vergilərin ödənilməsi ilə yanaşı yenə də Azərbaycanda olan avtomobillərlə müqayisədə uyğun qiymətə başa gələn maşınların sırasında ikinci əl nəqliyyat vasitələri üstünlük təşkil edir. Lakin aparılan araşdırmalar bu avtomobillərin bir qisminin Amerika, Almaniya, Yaponiya kimi ölkələrdə yararsız olaraq qəbul etdiyi və başqa ərazilərə göndərdiyi nəqliyyat vasitələridir.
Bu baxımdan prosesin icra olunduğu ölkələr sırasında Gürcüstan ön sıradadır. Belə ki, göndərilən ölkələrdə avtomobil təmizlənir, təmir olunur və yenidən istifadə məqsədilə satılır. Təbii ki, bu halda avtomobilin istifadəyə yararlılıq müddəti də azalır. Yenidən bərpa olunması üçün üzərinə qoyulan məbləği də nəzərə alsaq nəticənin daha baha və keyfiyyətsizliyi alıcıya qalır.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










