Avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlaması

Rusiyalı ekspert Roman Timaşov avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəblərini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə mütəxəssis "Motor" jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, akkumulyatorun (AKB) sıradan çıxmasının əsas səbəbləri arasında uzunmüddətli saxlama zamanı enerjinin kritik həddə qədər itirilməsi və vibrasiya nəticəsində daxili lövhələrin tökülməsi yer alır.
"Uzunmüddətli saxlama zamanı batareyanın tam boşalması lövhələri dağıdır və nəticədə o, enerji saxlama qabiliyyətini itirir. Həmçinin akkumulyator yerinə yaxşı bərkidilmədikdə, sarsıntılar və vibrasiya səbəbindən lövhələr tökülür", - deyə Timaşov bildirib.
Ekspert qeyd edib ki, korpusun sürtülməsi və ya çatlaması kimi zədələr də təhlükəlidir. Sızan elektrolit avtomobilin kuzovunun boyasına və elektrik naqillərinə ciddi zərər verə bilər.
"Aşağı temperaturlar akkumulyator üçün xüsusilə risklidir. Şaxtalı havada enerjisi az olan batareyanın içindəki elektrolit dona bilər. Donan maye genişlənərək daxili lövhələri və korpusu parçalayır. Belə akkumulyatoru bərpa etmək mümkün deyil, o, yalnız utilizasiya edilməlidir", - deyə mütəxəssis vurğulayıb.
Bundan əlavə, generatorun nasazlığı da akkumulyatoru sıradan çıxarır. Batareyanın həm az, həm də həddindən artıq doldurulması elektrolitin qaynayıb buxarlanmasına və lövhələrin dağılmasına səbəb olur. Elektrik şəbəkəsindəki cərəyan itkisi (köhnə naqillər və ya keyfiyyətsiz quraşdırılmış avadanlıqlar ucbatından) və cihazın özündəki daxili qısaqapanmalar da digər mühüm amillərdir.
"Akkumulyatorun zəmanət müddəti növündən asılı olaraq 1-3 ildir. Lakin düzgün qulluq və elektrik sisteminin saz vəziyyətdə olması şərtilə, batareyalar 5-8 il problemsiz işləyə bilər", - deyə Timaşov fikrini tamamlayıb.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












