Avtomobil almağa tələsməyin: Bazarda durğunluq nəyə işarədir? - AÇIQLAMA

Avtomobil bazarında müşahidə olunan durğunluq nəinki satıcıları, həmçinin alıcıları da narahat edir.
Bəs alıcı sayı niyə azalıb?
Avtosfer.az xəbər verir ki, mütəxəssislər bunu onlayn satış platformalarının artması ilə əlaqələndirirlər. Onlar hesab edir ki, bu format klassik satış metodunu tam əvəz edə bilmir.
Satıcıların sözlərinə görə, insanlar maşınları şəkildən yox, canlı yerindən gəlib görüb seçməkdə maraqlıdırlar. Bəzi satıcılar isə saytlardan maşınları satmağın daha rahat olduğunu bildirirlər:
"Bazar vaxt itkisidir. Saytlarda daha sürətli satılır".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov məsələ ilə bağlı bildirir ki, avtomobil satışı elə sahədir ki, burda sayt, onlayn platformalar keçici tendensiyadır:
"İnsanlar daha çox maşınlara baxıb almağa üstünlük verirlər. Onu idarə edərək yoxlayıb daha sonra qərar verməyə maraqlıdırlar".
Qeyd edək ki, avtomobil bazarında durğunluq bunu göstərir ki, əvvəllər bir həftəyə satılan avtomobil indi aylarla alıcısını gözləyir (milli.az).
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












