Avtomobil almaq istəyənlərə VACİB XƏBƏRDARLIQ – Sizi aldadırlar

“Xaricdən avtomobil sifariş edərkən ilk növbədə həmin avtomobili satan şirkət haqqında ətraflı və dəqiq məlumat toplamaq vacibdir. Şirkətin rəsmi statusunun olub-olmaması, fəaliyyət göstərdiyi ölkədə hüquqi qeydiyyatının mövcudluğu mütləq şəkildə araşdırılmalıdır”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, avtomobil üçün ödəniləcək vəsaitin hansı bank vasitəsilə köçürüləcəyi, həmin bankın Azərbaycanda rəsmi nümayəndəliyinin və ya qeydiyyatının olub-olmaması da xüsusi diqqət tələb edir:
“Ümumilikdə, rəsmi sənədlər və hüquqi məsələlər əsas prioritet olmalıdır. Bundan əlavə, elektron müqavilə şərtləri ilə diqqətlə tanış olmaq lazımdır. Müqavilədə hansı müddəaların əks olunduğu, tərəflərin hüquq və öhdəliklərinin necə müəyyən edildiyi aydın şəkildə göstərilməlidir. Xüsusilə avtomobilin sığortalanması məsələsi mühüm əhəmiyyət daşıyır. Avtomobil sifariş olunduqdan sonra daşınma zamanı hər hansı problem yaranarsa, məsələn, yolda texniki nasazlıq baş verərsə və ya dəniz yolu ilə daşınma zamanı gözlənilməz hadisələr baş verərsə, bu risklərin hansı tərəf tərəfindən qarşılanacağı müqavilədə dəqiq qeyd olunmalıdır”.
Ekspert əlavə edib ki, əgər avtomobil sifarişçiyə çatdırılmırsa, bu halda avtomobili satan şəxs, onu daşıyan tərəf və daşınmada iştirak edən digər şirkətlərin hansı məsuliyyəti daşıdığı, dəymiş zərərin necə və hansı qaydada ödəniləcəyi müqavilə əsasında tənzimlənməlidir:
“Vətəndaş avtomobili şəxsən xaricə getmədən, yerindəcə, distant və onlayn qaydada, bank köçürməsi yolu ilə aldığı üçün bu prosesdə müəyyən risklər hər zaman mövcuddur. Məhz buna görə də, bütün hüquqi və maliyyə detalları əvvəlcədən diqqətlə yoxlanılmalıdır”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










