Avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Avropa ölkələrindən qəzalardan sonra 2 yerə bölünən avtomobillər Gürcüstana gətirilir. Avtomobillər ortadan bölünmüş halda gəmiyə yüklənən zaman çox az yer tutduğundan onu gətirənlərə əlavə qazanc əldə etmək imkanı da verir. Tən yarı bölünən avtomobilləri isə daha sonra Gürcüstanda yenidən birləşdirir və kosmetik işləri başa vurandan sonra yeni avtomobil kimi baha qiymətə satırlar. Bu işlə məşğul olan fırıldaqçı şəbəkəni Almaniya İctimai Televiziyasının jurnalistləri aşkar ediblər.
Maşın ustaları bildirir ki, Gürcüstanda iki müxtəlif avtomobil hissəsindən yığılan maşınlar daha çox furqon olaraq adlandırılan unversal modellərdir. Yavər Məmmədov da elə bu şəbəkənin toruna düşənlərdən biridir. Maşın ustaları belə halların ancaq avtomobili ciddi diaqnostika etdikdə üzə çıxdığını bildirirlər.
Ustalar bu məsələdə vətəndaşları diqqətli olmağa və maşını almazdan qabaq onu sürməyi, alt hissəsinə baxdırmağı məsləhət görürlər. Bu zaman isə xüsusi məqamlara diqqət etmək lazımdır. Əgər peşəkarların dediklərinə diqqət edilməzsə nəticəsi ağır ola bilər. Çünki belə avtomobillərin qəza riski çox yüksəkdir. Sürücülərin problemdən çıxış yolu barədə fikirləri isə müxtəlifdir.
xəzərxəbər
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










