Avtomobil bazarında səssizlik: Satışlar niyə zəifləyib?

Avtomobil bazarında səssizlik: Satışlar niyə zəifləyib?Avtomobil bazarında yanvar aylarında satışların zəifləməsi artıq ənənəvi hal alıb, lakin bu il müşahidə olunan durğunluq əvvəlki illərlə müqayisədə daha qabarıq hiss olunur. Avtosfer.az xəbər verir ki, bunu Big.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev bildirib.
O qeyd edib ki, hazırkı vəziyyətin əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən vergi və gömrük güzəştlərinin müddətinin başa çatmasıdır. "Əgər bu güzəştlər qüvvədə qalsaydı, yanvar ayı avtomobil bazarı üçün daha dinamik keçə bilərdi. Güzəştlərin ləğvi isə qiymət artımına və alıcı fəallığının azalmasına səbəb olub", - deyə o vurğulayıb.
Eyyub Əliyev əlavə edib:
"Hazırda ikinci əl avtomobillərin qiymətlərində də artım müşahidə olunur ki, bu da bazardakı ümumi durğunluğu daha da dərinləşdirir. Bundan əlavə, yeni avtomobil almaq istəyən vətəndaşlar yeni ilin istehsalı olan modelləri əldə etmək üçün fevral ayının sonlarınadək gözləməyi üstün tuturlar. Məhz bu amillər avtomobil bazarında yanvar-fevral ayları üçün nisbi durğunluq yaradır".
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
"Toyota" başqa markalara mühərrik satacaq
Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? – ARAŞDIRMA
Alıcılara MÜJDƏ – BYD ucuzlaşdı
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA












