Avtomobil bazarında son durum: qiymətlər artıb? - AÇIQLAMA

Azərbaycanda avtomobil bazarında yeni nəqliyyat vasitələri seqmentində hibrid modellərə maraq yüksək olaraq qalır, ikinci əl bazarında isə ənənəvi benzin və dizel mühərrikli avtomobillərə üstünlük verilir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, ümumilikdə Azərbaycana gətirilən avtomobillərin sayında 30 faizədək azalma müşahidə olunur.
Onun sözlərinə görə, bununla yanaşı, əvvəlki aylarla müqayisədə sentyabrın 15-dən sonra avtomobil bazarında müəyyən fəallıq yaranıb.
Mütəxəssis bildirib ki, hazırda ikinci əl avtomobil bazarında alıcılar daha çox dizel və benzinlə işləyən avtomobillərə üstünlük verirlər:
“Yeni avtomobil bazarında isə hibrid avtomobillər üstünlük təşkil edir. Vətəndaşlar avtomobil alarkən ilk növbədə hibrid modellərlə maraqlanırlar. Bundan sonra benzin və dizellə işləyən avtomobillərə maraq göstərilir”.
E.Cəfərov qeyd edib ki, hazırda avtomobil bazarında qiymətlər əsasən sabitdir və kəskin ucuzlaşma və ya bahalaşma müşahidə edilmir.
Ekspertin sözlərinə görə, qiymətlərə təsir göstərən amillərdən biri hibrid avtomobillərin idxalına tətbiq olunan ƏDV güzəştinin müddətinin bu il yanvarın 1-dən başa çatmasıdır: “Nəticədə həmin nəqliyyat vasitələri ölkəyə gətirilərkən ƏDV də onların maya dəyərinə əlavə olunur. Yaranmış qiymət fərqini müəyyən qədər balanslaşdırmaq məqsədilə hazırda rəsmi diler və distribütorlar belə avtomobillərin satışında müxtəlif endirimlər təklif edirlər. Mövcud vəziyyətdə idxalın azalmasına baxmayaraq, sentyabrın ikinci yarısından müşahidə olunan fəallıq avtomobil bazarında tələbin davam etdiyini göstərir”.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












