Avtomobil bazarında qiymətlər artacaqmı?

Azərbaycan avtomobil bazarında yaz aylarına qədər qiymətlərdə kəskin dəyişiklik baş verməyəcək.
Bunu “Report”a açıqlamasında avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
“Azərbaycanın avtomobil bazarında hazırda vəziyyət stabildir. Bu ilin yanvar ayının birinci həftəsindən başlayaraq ölkəyə idxal olunan yeni avtomobillərin qiyməti 5 % artıb. Bu da bizim daxili avtomobil bazarı ilə və ya iqtisadiyatımızla bağlı deyil. Dünyanın aparıcı avtomobil istehsalçılarının ehtiyat hissələrinin çatışmazlığı və daşıma şirkətlərinin qiymətlərinin artırılması səbəbilə həmin əmtəənin qiyməti 5 % civarında yüksəlib”.
Onun sözlərinə görə, ikinci əl avtomobil bazarında qiymətlərdə əksinə azalma müşahidə edilir:
“Mühərrik həcmi 3 000 kubsantimetr və daha yüksək olan avtomobillərin qiymətində 5-10 % azalma müşahidə edilir. Bunu da ötən il ərzində bizim ölkədə "Aİ-95" markalı benzinin qiymətinin atması və icbari sığorta tariflərinin yüksəlməsi ilə əlaqələndirmək olar”.
E.Cəfərov bildirib ki, ötən il ölkəyə idxal olunan yeni avtomobillərin sayında azalma müşahidə olunur. Azalmanın səbəbini isə ekspert Rusiyadan avtomobil idxalının dayandırılması ilə izah edib:
“Mühərrik həcmi 2 000 kubsantimetrə qədər olan Rusiya istehsalı olan avtomobillərin bizim ölkəyə idxalı demək olar ki, dayanıb. Bu da Rusiyada olan iqtisadi vəziyyətlə bağlıdır. Sanksiyalara görə, Rusiyanın avtomobil sənayesinə lazım olan ehtiyat hissələrinin çatışmazılığı ucbatından Rusiya artıq bugünkü Avropa standartlarına cavab verən minik avtomobilləri istehsal edə bilmir. Bu səbəbdən də bu tələblərə cavab verə bilməyən Rusiya avtomobillərini ölkəmizə idxal etmirik. Bu avtomobillərin yerini bazarda artıq Çin istehsalı olan avtomobillər tutur”.
E.Cəfərov Türkiyədə baş verən zəlzələnin Azərbaycan avtomobil bazarında hər hansı bir təsirin olmadığını deyir. Onun sözlərinə görə, ölkəmizə avtomobillər Türkiyədən adi rejimdə idxal olunmaqda davam edir:
“Avtomobil bazarında alıcılar daha çox yeni hibrid krossoverlərə üstünlük verirlər. İkinci əl bazarında isə mühərriki 1 500 kubsantimetr olan avtomobillər daha çox təklif olunur”, - ekspert bildirib.
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










