Avtomobil distribütorlarının nəzərinə - Yeni qaydalar ola bilər

"Bir neçə gün əvvəl Prezident İlham Əliyevin ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi və fərdi nəqliyyat vasitələrinin şəhərə girişi məsələləri ilə bağlı fərmanı oldu. Mən növbəti dövrdə avtomobil satışı və distribütorluq fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar qanunun imzalanacağını gözləyirəm".
Avtosfer.az xəbər verir ki, bu sözləri “Unikal”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Şahin Göyləroğlu deyib.
O bildirib ki, yanvardan sonra avtomobil sifarişində çətinliklər yaşana bilər:
"Hazırda başqasının adına avtomobil sifariş etmək məsələsi var. Bir çox şirkətlər bu üsuldan istifadə edirlər. Növbəti ildən bu sifariş metodu mümkün olmaya bilər. Başqasının adına avtomobil sifariş etmək həmin şəxs üçün sənəd və vasitəçilik işlərinin görülməsinə bənzəyir", - deyə ekspert qeyd edib.
Şahin Göyləroğlu vurğulayıb ki, avtomobil distribütorlarının paralel avtomobil idxalına qarşı olan şikayətləri var:
"Mən düşünürəm ki, 2026-cı ildən etibarən istənilən avtomobilin ölkəyə idxalı zamanı tənzimləmələr olacaq. Vətəndaşlara tövsiyə edirəm ki, avtomobil sifariş etmək istəyərkən hər zaman növbəti 3 aylıq perioda nəzər yetirsinlər, çünki nəqliyyat vasitələrinin idxalı ilə bağlı yeni qanunlar meydana çıxa bilər. Bu məsələlər Rusiya, Belarus, Qazaxıstan və s. digər ölkələrdə çox aktivdir. Bizdə isə bu hələ ki, mövcud deyil. Azərbaycanda alıcılar qanunvericilikdən çox uzaqdırlar. Hər şey ortada sənəd işləri görən şəxslərdən asılıdır".
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












