Avtomobil hansı hallarda cərimə meydançasına aparıla bilər? - VİDEO

“Sür, cərimə meydançasında aydınlaşdırarıq”. Bəzi sürücülərin dediyinə görə, bu cümləni avtomobilləri cərimə meydançasına aparılarkən tez-tez eşidirlər. Bu zaman isə tərəflər arasında fikir ayrılıqları yaranır. Bəs, nəqliyyat vasitəsi hansı hallarda cərimə meydançasına yerləşdirilə bilər?
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirir ki, normativ tələblər pozulmadığı təqdirdə avtomobili cərimə meydançasına aparmaq qanunsuzdur.
Ekspert deyir ki, sürücülərin özləri də bu məsələdə hüquqlarını yaxşı bilməlidirlər.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli “Xəbər Ertəsi”nə bildirib ki, Dövlət Yol Polisi əməkdaşları heç bir halda səbəb göstərmədən nəqliyyat vasitəsini cərimə meydançasına apara bilməz. Nəqliyyat vasitələrinin idarəetmədən kənarlaşdırılması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun tətbiq edilir.
Sadalanan 30-a qədər belə fakta görə nəqliyyat vasitəsinin idarəetmədən kənarlaşdırılması qərarı verilibsə, Dövlət Yol Polisi əməkdaşları ilə əlavə mübahisə aparmaq və tabesizlik nümayiş etdirmək tövsiyə olunmur. Araz Əsgərli vurğulayıb ki, bu hal İnzibati Xətalar Məcəlləsində daha ağır hüquqi məsuliyyətlər yaradır.
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










