Avtomobil isti mövsümə necə hazırlanmalı?

Havalar getdikcə isinir və bu, avtomobil sahiblərindən daha çox diqqət tələb edir. Mütəxəssislər sürücülərə isti hava şəraitində nəqliyyat vasitələrinə xüsusi qayğı göstərməyi tövsiyə edirlər.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, autonews.ru portalı mütəxəssislərlə danışaraq yay fəslində avtomobilin təhlükəsiz və funksional qalması üçün vacib tövsiyələri təqdim edib.
Soyutma sistemini yoxlayın
Yay mövsümünə başlamazdan əvvəl kondisioner və soyutma sistemləri mütləq texniki baxışdan keçirilməlidir. Radiatorun aralıqları çirk və tozla tıxanarsa, havanın dövranı pozular və salonun sərinlədilməsi çətinləşər.
Əyləc sisteminə diqqət yetirin
İsti havalarda əyləclər daha tez qızır və bu, onların səmərəliliyini azaldır. Bu səbəbdən, əyləc sisteminə profilaktik baxış vacibdir.
Partlayıcı və yanıcı əşyaları maşında saxlamayın
Alışqan, qazlı içkilər, sprey və digər yanıcı maddələr isti havada təhlükə mənbəyinə çevrilə bilər. Günəş altında bu əşyalar partlaya və avtomobildə yanğına səbəb ola bilər.
Filtrləri yeniləyin
Yayda artan toz və digər çirkləndiricilər səbəbilə hava və salon filtrləri daha tez tıxanır. Ekspertlər bu filtr elementlərinin mövsüm başlamazdan əvvəl dəyişdirilməsini tövsiyə edirlər.
Avtomobilin xarici və daxili hissəsini qoruyun
Günəşin təsirindən avtomobilin lak örtüyü solur, salon elementləri isə deformasiya ola bilər. Bu riskləri azaltmaq üçün qoruyucu örtüklər, mum və ya keramika qoruyucularından istifadə edilməlidir.
Maşını kölgədə saxlayın
İsti günlərdə avtomobili kölgədə park etmək, eyni zamanda günəşə qarşı qoruyucu ekranlardan istifadə etmək daxili temperaturun artmasının qarşısını alır və avtomobilə dəyən ziyanı azaldır.
Nəticə olaraq, yayda avtomobilin texniki və fiziki vəziyyətinə daha çox diqqət göstərmək vacibdir.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












