Avtomobil nəqliyyatı ilə daşımalardan gəlirlər artıb

Azərbaycanda bu ilin birinci yarısında avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarından 1 043 824,7 min manat gəlir əldə olunub, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi (980 160 min manat) ilə müqayisədə 6,5% çoxdur. Bu barədə Avtosfer.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara istinadən xəbər verir. Məlumata əsasən, hesabat dövründə avtomobil nəqliyyatı ilə yük daşımalarından 472 713,7 min manat gəlir əldə olunub, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisi (441 376 min manat) ilə müqayisədə 7,1% çoxdur. Onu da qeyd etmək lazımdır ki, cari ilin birinci yarısında avtomobil nəqliyyatı ilə sərnişin daşımalarından 571 111 min manat gəlir əldə olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (538 784 min manat) ilə müqayisədə 6% artım deməkdir. Xatırladaq ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyun aylarında 70 084,6 min ton yük və 900 898,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə müvafiq olaraq 6,9% və 6,2% çoxdur.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












