Avtomobil qəzasında həlak olan Azərbaycan futbolçusu – VİDEO

Avtosfer.az xəbər verir ki, Rusiyanın “Sovetski sport” nəşri Rusiyada nömrələrin adları ilə bağlı olan futbolçuları yad edib. Onların sırasında “Anji”nin və Azərbaycan yığmasının futbolçusu İbrahim Həsənbəyovun da adı olub. Həsənbəyov karyerasına 21 yaşında Mahaçqalanın “Dinamo”sunda başlayıb, bu komanda 90-cı illərin əvvəlində Dağıstan futbolunun flaqmanı idi. Ağ-mavilərin komandasında keçirdiyi birinci mövsümdən sonra İbrahim “Anji”nin tərkibinə keçmək qərarına gəlir və yeddi il Mahaçqala futbolunun simasına çevrilir.
Azarkeşləri ona “Mahaçqala Maradonnası” adını verirlər və o, sarı-yaşılların tərkibində keçirdiyi 236 matçda 156 qol vurur. “Anji”nin heç bir futbolçusu o dövrdən Həsənbəyovun nəticəsinə yaxın nəticə göstərə bilməyib. Xasavürtlü bombardmançının şücaəti Azərbaycan yığmasının məşqçi qərargahının diqqətindən kənar qalmayıb, bu yığmanın tərkibində Həsənbəyov iki matç keçirib. İbrahimin karyerası 1999-cu ildə onun avtomobilinin Mahaçqalanın tam mərkəzində KAMAZ-ın altında qalması ilə sona çatdı.
Bu 16 il ərzində “Anji” tanınmaz hala qədər dəyişib, rəhbərlik dəyişib, inkişaf kursu dəyişib, amma Həsənbəyovdan sonra heç kim “11”-ci nömrə altında meydana çıxmayıb.
Dağıstanda hər il İbrahimin xatirəsinə turnirlər keçirilir. oxu.az
Mərhum futbolçuya həsr edilmiş videonu təqdim edirik:
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












