Avtomobil satışlarında elektromobillərin üstünlük təşkil edilməsi hədəflənir

Çin nəqliyyat infrastrukturunun inkişafını bərpa olunan enerji sistemləri ilə uzlaşdıraraq 2035-ci ilədək yeni enerji avtomobillərini (elektromobil və hibrid mühərrikli avtomobilləri) ümumi avtomobil satışının əsas istiqaməti halına gətirməyə çalışır.
Avtosfer.az xəbər verir ki, bu hədəf Çinin Nəqliyyat Nazirliyinin planında əksini tapıb. Plana əsasən 2035-ci ilədək fərdi nəqliyyat vasitələrindən başqa, yeni enerji mənbələri ilə işləyən yük avtomobillərinin genişmiqyaslı tətbiqinə nail olmaq, nəqliyyat sektoru üçün ekoloji cəhətdən təmiz yanacaq təchizatı sistemi yaratmaq hədəflənib.
Çin nəqliyyat sektorunun yaşıl keçidini təşviq etmək üçün yeni enerji nəqliyyat vasitələrinin, ekoloji cəhətdən təmiz və aşağı karbonlu gəmilərin, yeni enerji təyyarələrinin istifadəsini, poçt və ekspress çatdırılma xidmətlərinin ekoloji və aşağı karbonlu inkişafını təşviq etməyə davam edəcək.
Qeyd edək ki, Çin hazırda yaşıl avtomobillərin istehsalına, satışına və ixracına görə dünya lideridir.
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək












