Avtomobil şirkətindən 11 sedanla kosmosa mesaj - VİDEO

Cənubi Koreyanın “Hyundai” şirkəti reklam məqsədi ilə möhtəşəm layihəyə imza atıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, şirkət yeni satışa çıxarılan avtomobilləruin köməyi ilə Yerin orbitindən asan oxuna bilinən yazı “yazıb”. Bu yazı təkər şini ilə yazılmış dünyanın ən böyük “yazısı” kimi Ginnesin rekordlar kitabına düşüb. Reklam çarxının süjetinə əsasən Hyustondan olan 13 yaşlı Stefani Beynəlxalq kosmos mərkəzində olan astronavt atasına xəbər göndərmək istəyir. Lakin Stefaninin əlindən yalnız bir kağız parçasında “Stef səni sevir” yazmaq gəlir. Bu mesajın isə həqiqətən də astronavt ataya çatması üçün maşın şirkəti Stefaninin köməyinə gəlir və qərara alınır ki, avtomobillərin köməyi ilə Stefin atasına məktubu çatdırılsın.
Reklam çarxını adi maşın şirkətlərinin tez-tez müraciət etdiyi adi qrafistlərin köməyi ilə eləmək olsa da "Hyundai" daha çətininə əl atır və həqiqətən də maşınlarla orbitdən görünə biləcək yazı “yazmağı” qarşısına məqsəd qoyur. Nəhəng layihəyə dünyanın bir çox yerindən mütəxəssislər cəlb edilir. Bundan sonra isə uzun zəhmətin nəticəsi göz oxşayan olur.
Birinci videonun çəkilişi üçün münbit yer axtarılır. Nəhayət Nevada ştatı səhralığında qurumuş göl layihənin əldə olunması üçün yararlı sayılır. Hərflərin çəkilməsi üçün 11 maşından istifadə olunur ki, usta sürücülər GPS kordinatlar üzərində sinxron şəkildə maşınları hərəkət etdirir. Nəticədə 5,5 kv kilometr ərazini əhatə edən torpaq üzərində yazı əldə olunur ki, bu da dünya rekordunun təsdiqi olur.
Reklam çarxının baş direktoru Qan Ho Park deyir ki, biz bu reklamla cəmiyyətə çatdırmaq istəyirik ki, avtomobil sadəcə minik vasitəsi deyil, insanın həyat partnyotu da ola bilər.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










