Avtomobil yayda daha sürətlə köhnəlirmiş

Qış istismar rejimini adətən bir çox sürücü sevmir: yanacaq sərfiyyatı artır, yağışlı havadan və palçıqlı yoldan sonra maşını tez-tez yumaq zərurəti yaranır.
Üstəgəl, palçıq və rütubət korroziyanı sürətləndirir. Yola duz səpildiyində isə proses daha da sürətlənir. Lakin, yayda da vəziyyət heç də ürəkaçan olmur.
Avtosfer.az xəbər verir ki, bəzən bir qızmar yay avtomobili 2 qış qədər köhnəldir. Sadəcə olaraq, bu köhnəlmə ilk baxışda ciddi hiss olunmur.
Əgər tünd rəngli avtomobil 30 dərəcə Selsi temepraturda açıq Günəş altındsa qalarsa, yarım saat sonra salonda temperatur 70 dərəcəyədək qalxa bilər.
Bu temperatur salondakı bütün plastik və parça məmulatlarını, rezin kipləşdiriciləri korlayır. Boya örtüyü isə parlaqlığını itirir.
Məlum olub ki, adi toz təbəqəsi kuzovu isti havada çox ciddi şəkildə korlayır. Toz hissəcikləri mikrolinza kimi Günəş şüalarının müəyyən nöqtədə toplanmasına səbəb olur.
Quş zılı və tüstü bu xüsusda daha təhlükəlidir. Bu maddələr bir neçə saat ərzində kuzovda gözlə görünən zədə yarada bilir.
Yayda boya örtüyünü qorumağın ən səmərəli üsulu maşını həftədə azı bir dəfə yumaq, mümkün qədər kölgədə saxlamaq və boyaqoruyucu vasitələrdən istifadə etməkdir.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












