Avtomobildə bu düymə sizi yavaş-yavaş zəhərləyir – TANINMIŞ HƏKİMDƏN XƏBƏRDARLIQ!

Tanınmış amerikalı həkim Kley Mossun sosial şəbəkədə paylaşdığı video avtomobil istifadəçiləri arasında ciddi rezonans doğurub. Avtosfer.az "yenisabah"a istinadən xəbər verir ki, doktor Moss 7 milyona yaxın baxış toplayan videoda sürücülərin tez-tez istifadə etdiyi bir kondisioner düyməsinin təhlükəli nəticələr doğura biləcəyini bildirib. “Siz bilirsinizmi ki, avtomobilinizdəki bu balaca düymə əslində düşündüyünüz qədər günahsız deyil?” – deyə Moss idarə panelindəki resirkulyasiya (salon sirkulyasiya) düyməsinə işarə edərək izah edib. Onun sözlərinə görə, bu funksiya avtomobili isti havada sürətlə soyutmaq baxımından faydalı görünə bilər, lakin uzun müddətli istifadəsi sağlamlıq üçün təhlükə yaradır.
Mütəxəssisin açıqlamasına əsasən, bu rejim avtomobil salonuna xarici havanın daxil olmasının qarşısını alır və nəticədə avtomobilin içindəki hava “səssizcə zəhərlənməyə” başlayır. Moss bildirir ki, cəmi 30 dəqiqəlik resirkulyasiya zamanı karbon qazının miqdarı 1200 ppm-ə qədər yüksələ bilər:
“Bu zaman beyniniz yavaş işləməyə başlayır. Əgər maşında sərnişin sayı çoxdursa, bu göstərici 2500-3000 PPM-ə çata bilər. Nəticədə yuxululuq, diqqət dağınıqlığı və əsəbilik yaranır.”
Kley Moss əlavə edib ki, bu təhlükəli vəziyyət 2018-ci ildə ABŞ-da aparılmış sürücülük şəraitinə dair araşdırmalarla da təsdiqlənib.
Avtomobildə kondisionerdən istifadə zamanı resirkulyasiya funksiyasını yalnız qısa müddətli istifadə etmək və salonun havasını tez-tez dəyişmək lazımdır.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










