Avtomobildə kondisioner soyutmursa, bu nə üçün təhlükəlidir?

Yay aylarında avtomobildə işlək kondisioner sadəcə rahatlıq yox, təhlükəsizlik məsələsidir. Ancaq bu sistem qəfil sıradan çıxa bilər. Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az məlumat verir:
Kondisioner soyutmursa nə baş verir?
Ən çox rast gəlinən əlamət ventilyasiya deşiklərindən ilıq və ya azca sərin hava gəlməsidir. Çox sürücü düşünür ki, sadəcə freon qurtarıb. Ancaq bu, əslində freon sızmasının nəticəsidir. Kondisioner sistemi hermetikdir, ona görə də freon səbəbsiz yoxa çıxa bilməz.
Ən çox radiator və ya boruların birləşmə yerləri zədələnir. Sadəcə freon əlavə etməklə problem aradan qalxmır qaz yenidən buxarlanır.
Digər əlamətlər:
Kapot altından qəribə səslər
Klimat-kontrol işə düşəndə gurultu, cırıltı və ya fitə bənzər səs gəlirsə, bu kompressorun köhnəlməsinə işarədir. Kompressor sistemin əsas hissəsidir. Bu hissənin sıradan çıxması böyük təmir xərclərinə və hətta bloklanmaya gətirib çıxara bilər.
Pis qoxu
Ventilyasiyadan gələn köhnə, rütubətli qoxu kondisionerin buxarlandırıcısında bakteriya və göbələk yığılması deməkdir. Bunu aradan qaldırmaq üçün kompleks təmizlik lazımdır:
- filtrin dəyişdirilməsi
- ozon təmizlənməsi
- peşəkar kimyəvi təmizləmə
Elektrik nasazlıqları və radiatorun çirklənməsi
Elektrik problemləri və ya radiatorun tozla tutulması sistemin həddindən artıq qızmasına və avtomatik sönməsinə səbəb ola bilər.
Nə etməli?
Ustalar kondisionerdə nasazlıq hiss edən kimi təxirə salmadan diaqnostikaya getməyi tövsiyə edirlər.
Çünki vaxtında aşkarlanan nasazlıq:
- bahalı təmirin qarşısını alır
- kondisionerin daha uzunömürlü olmasını təmin edir
- ən əsası sürücü və sərnişinlərin təhlükəsizliyini qoruyur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












