Avtomobili cərimə meydançasından çıxartmaq üçün nə qədər rüsum ödəməliyik? - MƏBLƏĞ

Son vaxtlar yol hərəkəti qaydalarının pozulması səbəbilə avtomobillərin cərimə meydançalarına — daha çox “ştrafnoy” kimi tanınan duracaqlara aparılması halları artıb. Bu isə sürücülər arasında “avtomobil duracağa qoyulanda nə qədər rüsum ödənilir?”, “hansı halda ödəniş tələb olunmur?” kimi sualları aktuallaşdırır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, avtomobil duracağa qoyulduğu gün gecə saat 12:00-a qədər götürülərsə, heç bir rüsum ödənilmir.
“Əgər avtomobil gecə saat 12-ni keçdikdən sonra duracaqdan çıxarılarsa, bu halda avtomatik olaraq bir gün hesablanır. Minik avtomobilləri üçün rüsum günə 1 manat təşkil edir. Rüsum avtomobilin duracaqda qaldığı günlərin sayına uyğun olaraq hesablanır”.
Qeyd edək ki, bu qayda yalnız rəsmi duracaqlara (ştrafnoya) aparılan nəqliyyat vasitələrinə şamil olunur.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












