Avtomobili olanlar üçün vacib xəbər - Bunları bilməlisiniz - VİDEO

Adətən nasazlıq yaranmazsa, avtomobilin ustaya aparılmasına və ehtiyat hissələrinin dəyişdilməsinə ehtiyac duyulmur. Ehtiyyat hissələrinin ömrü əsas etibarilə avtomobilin sürülmə qaydasından asılıdır. Lakin yaddan çıxarmaq lazım deyil ki, hər bir detalın müəyyən istifadə müddəti var. Onların göstərilən müddətdən artıq istifadəsi sürücüləri daha çox xərcə sala bilər. Həmin ehtiyat hissələrindən bəzilərini və istafadə qaydalarını təqdim edirik.
Avtomobilin ehtiyat hissələrinin hər biri üçün müəyyən istifadə müddəti nəzərdə tutulub. Bu müddəti bilməmək və vaxtlı-vaxtında dəyişməmək avtomobil sahiblərini əlavə xərcə sala bilər.
Sürücülərin ən çox müraciət etdikləri məsələlələrdən biri yağın dəyişdirilməsidir.
Yağın dəyişilmə müddətinə təsir edən digər amillər sürət qutusunun konstruksiyası və yağın markasıdır.
Bəzi ehtiyyat hissələrinin ömrü yerli şəraitdən asılı olaraq dəyişir. Məsələn hava filtiri...
Avtomobilin bir çox ehtiyat hissələrinin ömrü isə tərkibindəki detallardan asılıdır.
Ehtiyat hissələrinin hazırlandığı material da ömrünü təyin edən əsas amillərdəndir.Məsələn, adi şamların istifadəsi 30 min kilometr üçün nəzərdə tutulduğu halda, platindən hazırlanan şamların müddəti 100 min kilometrdir.
Elə detallar da var ki, istifadə müddəti təlimat kitabçasında ömürlük göstərilib və yalnız nasazlıq yarananda dəyişdirilir. Ömürlük yazılmasına baxmayaraq həmin detalların da müəyyən istifadə müddəti var ki, bu da 150 min kilometrdir.
Ehtiyyat hissələrinin istifadə müddəti avtomobilin təlimat kitabçasında göstərilir. Servis mərkəzlərinə müraciət edərək də bu məlumatları əldə etmək olar. Burada hətta istifadə müddəti təlimat kitabçasında göstərilməyən detallar barədə də məlumat almaq mümkündür. İşlənmiş avtomobil alanlar da servisə gələrək ehtiyat hissələrinin nə qədər istifadə edildiyini öyrənə bilərlər.
xəzərxəbər
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










