Avtomobili olanların maşını əlindən alınacaq - VİDEO

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı tələblər sərtləşdirilə bilər. İcbari sığortası olmayan sürücülərə qarşı təklif etdiyi bu yeniliklərə əsasən avtomobil sahibləri 50 manat cərimə əvəzinə hərəkətdən uzaqlaşdırılacaq. İcbari sığortalar bürosunun sədri Elxan Quliyev sözlərinə görə, bu addımı atmaqda məqsəd icrbari sığorta cəlb olunan nəqliyyat vasitələrinin sayını artırmaqdı. Büronun açıqladığı statistikaya görə, ölkədə 1,3 milyon nəqliyyat vasitəsi olduğu halda, onlardan yalnız 700 minə yaxını icbari sığorta şəhadətnaməsi alıb. “İcbari sığortası mövcud olmayan avtomobillər hərəkətdən uzaqlaşdırılmalıdır. Ola bilsin ki, yaxın müddətdə belə bir təkliflə Maliyyə Nazirliyinə müraciət edək. Çünki Azərbaycanda hazırda sığortasız nəqliyyat vasitələrin sayı digər ölkələrlə maqyisədə çoxdur”, – deyə Elxan Quliyev bildirib.
Təklif olunan dəyişiklərdə cərimə dayanacağına aparacaq olan nəqliyyat vasitəsi yalnız bir şərtlə, yəni icbari sığorta şəhadətnamə aldıqdan sonra buraxılacaq.
Ekspert Xəyal Məmmədxanlının sözlərinə görə, bu addım sığorta şirkətlərinin işinə və sığorta cəlb olunan avtomobillərin sayını artıma yardım etməklə yanaşı, qəzalar zamanı dəyən maddi ziyanın tez bir zamanda ödənilməsinə də kömək ola bilər. Amma bura da bəzi boşluqlar var. "Ötən il yeni avtomobillər üçün texniki baxış məsələsi ləğv edildi. Yəni 5 il müddətində yeni avtomobillər texniki baxışdan azaddırlar. Azərbaycanda sığortanın ən çox aparıldığı və tələb edildiyi nöqtələrdən biri isə texniki baxış məntəqələri idi. Avtomobillər texniki baxışdan keçdiyi zaman əgər onun sığorta müqaviləsi yoxdursa, onda texniki baxışdan keçirilmirdi. Bu gün məhz sığortadan yayınan avtomobillərin böyük bir qismi yeni avtomobillərdir”, - deyə ekspert bildirib.
İcbari sIğortanın mahiyyətini elə sürücülər özləri anlasa daha yaxşı olar. Çünki söhbət həm maddi ziyandan, həm də insan sağlamlığından gedir.
Elə buna görə də, icbari qaydada sığorta olunmaq lazımdır ki, sonradan kiminsə həyatı və sağlamlığı üçün vicdan əzabı çəkməyəsiniz.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










