Avtomobilinizin akkumulyatoru 10 ildən artıq işləyəcək: Sadəcə bunu edin

Avtomobil akkumulyatorunun xidmət müddəti sürücülər arasında ən çox müzakirə olunan mövzulardan biridir. Avtosfer.az xəbər verir ki, bəziləri onu hər 2-3 ildən bir dəyişir, digərləri isə zavod akkumulyatoru ilə on ildən çox yol gedir. Təcrübələr göstərir ki, əsas fərq akkumulyatorun markasından çox, avtomobilin istismar şəraitindən asılıdır. Əsas amillərdən biri avtomobilin istifadə rejimidir. Qısa məsafələrdə (ev–iş–mağaza) hərəkət edən sürücülərdə generator mühərrikin işə düşməsi üçün sərf olunan enerjini tam doldurmağa vaxt tapmır. Bu səbəbdən, hətta bahalı akkumulyatorlar da vaxtından əvvəl sıradan çıxır. Batareyaların ömrünü qısaldan digər səbəb isə əlavə elektrik avadanlıqlarıdır. Məsələn, bort kompüterləri, müasir audio sistemlər, siqnalizasiya və müxtəlif qadcetlər mühərrik söndürülmüş vəziyyətdə belə enerji sərf edir. 50-100 mA-lıq daimi cərəyan itkisi sürücü üçün hiss olunmasa da, bir ay ərzində akkumulyatoru tam boşalda bilər. Elektrik sisteminə əlavə qurğular qoşulmamış avtomobillərdə akkumulyatorlar çox daha uzun müddət işləyir. Məsələn, Volkswagen, Škoda və Hyundai kimi modellərdə orijinal zavod akkumulyatorlarının 8-10 il xidmət göstərməsi halları təsdiqlənib. (News24.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












