Avtomobillər bahalaşacaq - YENİ QƏRAR

“Təkcə işlənmiş avtomobillər deyil, həm də hibrid və elektromobillərə tətbiq olunan güzəştlər 2026-cı il yanvar ayının 1-də başa çatacaq. Həmin nəqliyyat vasitələri də artıq ƏDV-yə cəlb olunacaq”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib.
O bildirib ki, sözügedən addım avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq:
“Sözsüz ki, bütün hallarda bu konkret olaraq, qanunvericiliklə nəzərdə tutulmuş, 18 faizlik artım deməkdir. Yəni ƏDV tətbiq olunacaqsa, bütün növ istehlak malları 18 faiz bahalaşacaq. Bu, o cümlədən avtomobil bazarına aiddir. İstər ikinci əl, istərsə də yeni avtomobil əgər ƏDV-yə cəlb olunursa, deməli 18 faiz bahalaşma baş verəcək”.
Ekspert vurğulayıb ki, Gürcüstanda avtomobillər Azərbaycana nisbətən xeyli ucuzdur:
“Azərbaycan dünyada və Cənubi Qafqazda adambaşına düşən avtomobil sayına görə ən aşağı yerlərdən birini tutur. Hətta Ermənistan və Gürcüstan belə adambaşına düşən nəqliyyat vasitələrin sayına görə Azərbaycandan irəlidir. Siz Gürcüstanın avtomobil bazarına diqqət etsəniz, Azərbaycan bazarına nisbətən qiymətlər 60-70 faiz daha ucuzdur. Bu çox böyük bir rəqəmdir”.
İ.Hüseynli qeyd edib ki, Azərbaycanda sadəcə bəzi avtomobil modellərinin yığımı həyata aparılır:
“Azərbaycan da, Gürcüstan da avtomobil istehsalçısı deyil. Ölkəmizdə sadəcə bir sıra nəqliyyat vasitələrinin yığımı həyata keçirilir. Demək olar ki, Azərbaycan istehsal olunan avtomobillərin sayı barmaqla göstəriləcək qədərdir. Ona görə də, bu qədər bahalaşma, bu qədər ƏDV-lərin, bu qədər gömrük rüsumlarının tətbiqi elə də effektiv deyil”.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










