Avtomobillər niyə qara tüstü buraxır? - USTA AÇIQLADI

Bir çox hallarda avtomobillərin işləyərkən qara tüstü verməsi müşahidə olunur. Bu hal bir çox sürücünün diqqətini çəkir və avtomobillərin işləmə vəziyyətinə maraq oyadır.
Ümumiyyətlə, qara tüstünün yaranma səbəbi nədir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan avtomobil ustası Sahil Ağabəyli bildirdi ki, daxili yanma mühərriklərinin qara tüstü verməsi xoş hal deyil:
"Burada ancaq zəngin yanacaq və kasıb yanacaq qarışımından, hava ilə yanacağın düzgün zamanda bir-biri ilə baş-başa gəlməməsindən söhbət gedir. Bir kilo benzinə 15 kilo hava lazımdır ki, səlis yanma baş versin və yaxud da ki, 17 kilo havaya bir kilo dizel yanacağı lazımdır ki, səlis yanma baş versin. Əgər kasıb yanacaq qarışımı varsa, burada hava çatışmazlığından söhbət gedir. 15 kilo havaya bir kilo benzin lazımdırsa, hardasa 12-13 kilo havaya bir kilo benzin gedəndə burada zəngin yanacaq qarışımı baş verir. Əgər kasıb yanacaq qarışımından söhbət gedirsə, 15 kilo havaya bir kilo yanacaq (dizel, benzin) lazımdırsa, burda kasıb yanacaq qarışımında hardasa 17-18 kilo havaya bir kilo benzin gedir. Bu da normal yanmamağa səbəb olur. Nəticədə qara tüstü yaranır".

Usta qeyd etdi ki, Avro-4 standartlarından yuxarı olan avtomobillərin mühərriklərində “regenerasiya” deyilən bir sistem var:
"O regenerasiya sistemi özü-özlüyündə 600-700 dərəcə istilik yaradıb həmin qurum süzgəcini, yəni katalizatoru, sajvi filtrini təmizləməsinə səbəb olur. Bu da bir neçə dəqiqə baş verir. Avro-4, Avro-5, Avro-6 standartlarında olan dizellərdə məhz bu hallar baş verir. Bu da normaldır. Hətta yol polisləri də heç bir halda buna cərimə yaza və toxuna bilməz, çünki bu bir zavod standartıdır, özü-özünü təmizləyir".
Sahil Ağabəyli bildirdi ki, zamanında hava filtrini düzgün dəyişməyəndə qara tüstülər baş verir:
"Zamanında farsunkaları, yəni çiləyiciləri düzgün nizamlamadıqda da qara tüstülər verməyə başlayır. Mühərrikin gücü zəifləyəndə də qara tüstü verməyə başlayır".
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər
Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir










