Avtomobillərdə “ağıllı sistemlərin” zəif yeri üzə çıxdı

Amerika Avtomobil Assosiasiyasının (AAA) apardığı araşdırma göstərib ki, süni intellektlə işləyən sürücü yardım sistemləri hər vəziyyətdə etibarlı deyil. Avtosfer.az-ın Ölkə.az-a istinadən məlumatına görə, mütəxəssislər beş belə avtomobili yoxlayıb. Nəticədə məlum olub ki, bu texnologiyalar qəfil təhlükələrdə sürücünü qoruya bilmir. Məsələn, başqa bir sürücü qəfildən maşını qabağa qıranda “ağıllı sistemlər”in 10 haldan 9-da faydası olmayıb. Bundan əlavə, avtomobillərin zolaqda qalma funksiyası da çox vaxt düzgün işləməyib. Ekspertlərin hesablamasına görə, bu cür sistemlər orta hesabla hər 5 kilometrdən bir – yəni hər 9 dəqiqədən bir sürücünü riskli vəziyyətlə üz-üzə qoyur. Mütəxəssislər xəbərdarlıq edir ki, bu sistemlər yalnız sürücüyə kömək etmək üçündür, sükanı tam onlara buraxmaq olmaz. Sürücülər diqqətli olmalı, xüsusən də yollarda sıxlıq zamanı telefonu, söhbəti və digər yayındırıcı amilləri kənara qoymalıdırlar.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












