Avtomobillərə maraq niyə azalıb? - Maşın bazarında durğunluq - VİDEO

Çin istehsalı olan avtomobillər Azərbaycan bazarına sürətlə daxil olsa da, son günlər bu nəqliyyat vasitələrinin satışında azalma müşahidə olunur. Hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri müddətinin başa çatması bu maşınlara olan marağı zəiflədib. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Nəqliyyat üzrə ekspert Eyyub Əliyevin sözlərinə görə, vətəndaşlar güzəştlərdən yararlanaraq 2026-cı ilə qədər həddindən artıq avtomobil idxal etdikləri üçün hazırda bazarda durğunluq yaranıb. Bu vəziyyət qiymətlərə də birbaşa təsir göstərib:
"Satışa çıxarılan həmin avtomobillər artıq bazarda çoxluq təşkil edir. Bu avtomobillərə marağın azalması qiymətlərin aşağı düşməsinə gətirib çıxardı. İnvestorlar əvvəlki dövrlərdə yatırdıqları vəsaiti və qazancı 10-15 gün ərzində əldə edə bilirdilər. Lakin yanvar ayından sonra satışların və tələbin azalması investorlarda narahatlıq yaradıb. Bu səbəbdən onlar avtomobilləri mənfəətsiz sataraq vəsaitlərini geri çəkməyə üstünlük verirlər. Nəticədə, qiymətlərdə ötən ilə nisbətən ucuzlaşma müşahidə olunur".
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral ayları ərzində Çindən Azərbaycana 431 ədəd hibrid, 4 565 ədəd "plug-in" hibrid avtomobili daxil olub.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə Çindən ölkəyə 993 ədəd hibrid və 4 329 ədəd "plug-in" hibrid avtomobili gətirilmişdi. Rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalında 2.3 dəfə azalma, "plug-in" hibridlərin idxalında isə 5.5% artım qeydə alınıb.
İki il əvvəl istehsal olunmuş "BYD" və "Changan"lar utilizasiyaya verildi - SƏBƏB bu imiş...
Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər
Quşlar niyə özlərini avtomobil təkərlərinin altına atırlar? - ŞOK SƏBƏB
Maşın almaq istəyənlərə VACİB XƏBƏR - Ən sərfəli modellər
Bakını qorxuya salan “Qara Volqa”- SSRİ dövrünün ən sirli qarəti necə açıldı? - FOTO
Etibarnamələrin sayı sığorta qiymətini artırır? - Ekspertdən CAVAB
İcbari avtomobil sığortasında YENİ QAYDALAR - Sürücüləri hansı dəyişikliklər gözləyir?
2026-cı ilin avtomobilində saxta mexaniki ötürmələr qutusu
Avtomobildə təhlükəsizlik kəməri taxmayan sərnişinlərin nəzərinə!
Azərbaycanda "Chevrolet Cobalt" istehsal ediləcək
"Porsche" Almaniyada daha 4 min işçisini ixtisar edə bilər










