Avtomobillərin icbari sığorta bazarı 54% böyüyüb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 107 mln. 622 min manata yüksəlib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53.9% və ya 37 mln. 720 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında 69 mln. 920 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 64 mln. 770 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8.7% və ya 5 mln. 201 min manat çoxdur. Ötən ilin ilk 8 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 59 mln. 505 min manat olub.
Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 29.2% azaldıb. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 85.1 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 8 ayında bu rəqəm 60.2 manata enib.
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












