Avtomobillərin icbari sığortasının zərərliliyi 20%-dən çox azalıb

2023-cü ilin yanvar ayında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 11 mln. 271 min manata yüksəlib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% və ya 3 mln. 905 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar ayında 7 mln. 365 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 7 mln. 920 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21% və ya 1 mln. 398 min manat çoxdur. Ötən ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 6 mln. 522 min manat olub.
Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 20.6% azaldıb. Belə ki, 2022-ci ilin yanvar ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 88.55 manatını ödənişə yönəltmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 70,3 manata enib.
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










