Avtomobillərin öz-özünə yanması halları artıb - Usta səbəbləri AÇIQLADI

Son günlərdə ölkədə avtobus və şəxsi avtomobillərin öz-özünə alışması və yanması halları artıb. Sosial şəbəkələrdə yayılan görüntülər və bəzi xəbərlər vətəndaşlarda narahatlıq yaradıb. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a fikirlərini bildirən avtomobil ustası Əziz Abbasov bildirdi ki, avtomobillərin öz-özünə alışmasının başlıca səbəbləri arasında bir neçə amil diqqət çəkir:
"Əvvəla, elektrik sistemindəki nasazlıq və ya köhnəlmiş kabellər qısaqapanmalara səbəb olaraq yanğın riskini artırır. Eyni zamanda yanacaq sistemindəki kiçik sızmalar, xüsusilə borularda və rezervuarlarda yaranan çatışmazlıqlar, mühərrikin yüksək istiliyi ilə təmasda olduqda yanğın təhlükəsini daha da gücləndirir. Bununla yanaşı, avtomobillərə quraşdırılan qeyri-sertifikatlaşdırılmış və standartlara uyğun olmayan əlavə avadanlıqlar da elektrik sistemində problemlər yarada bilər və yanğın riskini artırır. Mühərrikdə yağ sızmaları da ciddi təhlükə mənbəyidir; sızan yağ yüksək temperaturla təmasda olduqda yanmağa səbəb ola bilər. Nəhayət, aşırı qızma və ventilyator sistemindəki nasazlıqlar mühərrikin düzgün soyudulmasını əngəlləyir, bu da avtomobilin öz-özünə alışmasına gətirib çıxara bilər. Bu səbəblərə görə, avtomobil sahibləri vaxtaşırı texniki baxışdan keçməli və hər hansı bir problem aşkarladıqda dərhal tədbir görməlidirlər".
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












